Hərbi ekspert: “Ermənistan-ABŞ təlimləri Azərbaycana cavabdır”
Erməni hərbi ekspert Karen Hovhannisyan: ABŞ-Ermənistan təlimlərinin Azərbaycan və türkdilli dövlətlərlə birgə təşkil olunan təlimlərə cavab hesab edir. JAMAZ.İNFO xəbər verir ki, o, bu hadisənin Azərbaycanı müəyyən qədər çəkindirəcəyini düşünür.
Hovhannisyan bildirib ki, burada Rusiyanı da hədəf hesab etmək olar. “Amma əsas məsələ Azərbaycandır, çünki təlimlər Bakının müəyyən dərəcədə çəkindirmək üçün mexanizm ola bilər”.
Hərbi ekspert iddia edir ki, hazırda bölgədə Rusiya deyil, Türkiyə əsas təhrikçi tərəfdir. “Təhrik edən və ya diktə edən tərəf Türkiyədir”.
O, sülh müqaviləsinin yubanmasının ABŞ-da keçiriləcək seçkilərlə bağlı olmadığını da vurğulayıb. Eyni zamanda, deyib ki, Azərbaycan sülh müqaviləsi imzalamayacaq. “Sülh müqaviləsinin yubanmasının ABŞ-dakı seçkilərlə heç bir əlaqəsi yoxdur. Azərbaycan Sülh Müqaviləsi imzalamayacaq, ona getməyəcək, daim yeni tələblər irəli sürəcək. Çünki Azərbaycanın məqsədi Sülh Müqaviləsi deyil, dəhlizə nail olmaqdır”.