Ölkə içi

Fövqəladə hallar nazirinin müavini zəlzələ bölgəsinə getdi

Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedib.

Jamaz.info “Report”a istinadən xəbər verir ki, o, Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin Kahramanmaraş şəhərində qaldığı ərazidə olub.

Daha sonra E.Mirzəyev təbii fəlakət zamanı dağıntılar olan zonaya baş çəkib.

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın FHN-in hazırda 725 heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətinə cəlb edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button