Ölkə içi
DİN polisin yeniyetməni döyməsinə aydınlıq gətirib: “İşdən çıxarılıb”
Qəbələ rayonunda ictimai yerdə təhlükə törətdikləri bildirilən vətəndaşlara cinayət işi açılıb. Toplum TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.
Rəsmi məlumata görə, o saxlanılan zaman onunla birlikdə olan yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.
Hadisə ilə bağlı cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.
Yetkinlik yaşına çatmayan şəxsə qarşı zor tətbiq edən polis əməkdaşının isə işdən çıxarıldığı bildirilib.