Ölkə içi
DGK-nın səlahiyyətlərindən biri ləğv olunur
Dövlət Gömrük Komitəsinin beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericiliyə uyğun olaraq icazə blanklarının verilməsi səlahiyyəti ləğv olunur.
Jamaz.info xəbər verir ki, bu, Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Təklif olunan dəyişikliklə bağlı olaraq icazə blanklarının verilməsinə görə dövlət rüsumunun da ləğv olunması nəzərdə tutulur. Bu isə “Dövlət rüsumu haqqında” qanun dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Yeniliyin bu il martın 1-dən tətbiq olunması planlaşdırılır.