
Bu gündən Xankəndidəki bütün YDM-lər fəaliyyətini dayandırıb
Bu gündən Xankəndi və Qarabağ bölgəsindəki yanacaqdoldurma məntəqələrinin fəaliyyəti dayandırılacaq. JAMAZ.İNFO xəbər verir ki, bu barədə separatçılar məlumat yayıblar.
Erməni separatçıları iddia edirlər ki, guya, Azərbaycan tərəfinin Ermənistandan Qarabağa çəkilmiş qaz kəmərinə “müdaxilə edib” və nəticədə, mavi yanacaq məsələsində problem yaranıb. Ona görə də, YDM-lərdə qaz satışını dayandırıblar. Separatçılar indiyə qədər anbara yığdıqları təbii qazı yalnız səhiyyə müəssisələrinin qızıdırlması üçün qazanxanalara və çörəkbişirmə sexlərinə verəcəklər.
Qeyd edək ki, Azərbaycan tərəfi Qarabağa verilən təbii qazı dayandırmayıb. Bu ermənilərin yeni oyunlarından biridir. Özləri qəsdən belə bir şərait yaradıblar ki, dünya ictimaiyyətini aldadaraq, özlərini “məzlum” kimi göstərsinlər.