BQXK Laçın yolunda əməliyyatları dayandırıb
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) aprelin 29-dan bəri Laçın yolu ilə humanitar yardım həyata keçirmir.
Jamaz.info xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
BQXK nümayəndəsi humanitar yardımla bağlı statistik göstəriciləri açıqlayıb:
“Ümumilikdə, BQXK 283 nəfərin Ermənistana, 2313 nəfərin isə Ermənistandan Laçın yolu ilə keçərək ailələri ilə qovuşmasına yardımçı olub. Biz gələcəkdə də tərəflərin və ailələrin razılığı və onlarla müzakirələrin nəticəsində, ailə qovuşmalarına neytral vasitəçi olaraq dəstək verməyə hazırıq.19 dekabr 2022-ci il tarixindən bəri BQXK humanitar neytral vasitəçi olaraq, həmçinin Laçın koridoru boyu 50 tibbi təxliyə həyata keçirib. Bu əməliyyatlar zamanı 394 nəfər xəstə və onları müşayət edən şəxslər təxliyə olunub və səhiyyə qurumlarına dərmanlar çatdırılıb”.