
Ölkə içi
“Bəxtiyar Hacıyev hər an komaya düşə bilər”
Fevralın 17-də ictimai fəal Bəxtiyar Hacıyevin vəkili Rövşanə Rəhimli və həkim Adil Qeybulla onunla Pentensiar Xidmətin Müalicə Müəssisəsində görüşüb.
Jamaz.info xəbər verir ki, Rövşanə Rəhimli Toplum TV-yə açıqlamasında bildirib ki, Bəxtiyar Hacıyev saxlanma şəraitindən narazıdır, ombudsman Səbinə Əliyeva ilə yenidən görüş tələb edir.
Həkim Adil Qeybulla isə deyir, Bəxtiyar Hacıyev hər an komaya düşə bilər. O artıq həkim müdaxiləsindən də imtina edib.
Bəxtiyar Hacıyev ötən ilin dekabr ayının 9-dan həbsdədir. O məhkəməyə hörmətsizlik və xuliqanlıqda ittiham olunur.