Ölkə içi
Bəxtiyar Hacıyev: “Əgər müraciətlərimə baxılmasa, eyni addımı təkrar edəcəyəm”
Dünən Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd edən siyasi fəal Bəxtiyar Hacıyev saxlanılması barədə danışıb.
JAMAZ.İNFO-nun məlumatına görə, B.Hacıyev Amerikanın səsinə açıqlamasında bildirib ki, ona qarşı olan kampaniyalarla əlaqədar hüquq-mühafizə orqanlarına etdiyi müraciətə baxılmadığı üçün bu addımı atıb: “Özümü yandırmağa çalışdım, polis əməkdaşları imkan vermədi. Prokurorluğun müstəntiqi şikayətimin nədən ibarət olması ilə bağlı məndən izahat aldı. Əgər müraciətlərimə baxılmasa, eyni addımı təkrar edəcəyəm”.