“Azərsu” Göyçayda yəhudi qəbristanlığına gedən yolu viranəyə çevirib
Göyçay rayonu, Ərəbcəbirli kənd sakini Xasıyev Sadəddin Nizam oğlu JAMAZ.İNFO-ya göndərdiyi məktubunda bildirir ki, bir neçə il bundan əvvəl yəhudi əsilli iş adamları tərəfindən asphalt yol çəkilib.
Onun sözlərinə görə, iş adamlarının kəndin yolunu bərpa etmləri həmin yolun sonunda yəhudi qəbristanlığının olmasıdır.
Amma bu hadisənin üzərindən bir qədər keçdikdən sonra “Azərsu”nun əməkdaşları su çəkmək adı altında yolu viranəyə çeviriblər. “hazırda vəziyyət belədir ki, yağış yağan kimi yol keçilməz olur. Bu azmış kimi, yağış suları küçə boyu evlərə dolaraq, biabırçı vəziyyət yaradır”.
Sədərddin Xasayev yazır ki, bununla bağlı Göyçayın icra başçısına dəfələrlə müraciət ediblər. Lakin icra başçısı onlara söz versə də, əməl etməyib. “Vəziyyət o dərəcədə pisdir ki, evlərə dolan su uçqun təhlükəsi yaradıb”.
Göyçay sakini dövlət başçısından xahiş edir ki, evlərinin uçmaması naminə onlara yardım göstərsin. Belə ki, o, “Azərsu”ya göstəriş verilməsini, yolun normal şəkilə alınmasını tez zamanda həyata keçirilməsini xahiş edib.