Ölkə içi
AXCP fəalı şərlənə biləcəyini deyir
Qarabağ yürüşündə iştirak etdiyinə görə, həbs olunan və məhkəmə qərarı ilə haqqında şərti azadlıqdan məhrumetmə hökmu çıxarılan AXCP fəalı Baba Süleyman yenidən həbs təhlükəsi ilə üz-üzə qalıb. JAMAZ.İNFO Baba Süleymanın özünə istinadən xəbər verir ki, buna səbəb 2 gün əvvəl üzləşdiyi hadisədir.
Onun yazdığına görə, 2 gün əvvəl, axşam saatlatında qonaqlarını kafedən taksi ilə Xırdalana yola salıb. Özü 9 mikrorayonda yaşadığına görə, taksi sürücüsündən xahiş etdib ki, körpünün üst ilə getsin və o da “Şamaxinka”da deyilən ərazidə düşsün. “Körpuyə çatanda sürücü bundan imtina etdi. Aramızda mübahisə yarandı. Sonda sürücü “Şamaxinka”dakı “LukOyl” yanacaqdoldurma məntəqəsində maşını saxlayaraq, Xırdalana getməkdən imtina etdi”.
Baba Süleyman bildirir ki, o, qonaqlarını başqa taksi ilə yola samağa məcbur olub və əvvəlki taksinin sürücüsündən ödənişi geri qaytarmasını istəyib. “Mübahisə etdik və mən 102 xidmətinə zəng etdim. Surucu dostlarına zəng etdi. Mənim guya onların maşınını təpikləyib əzməyim haqqında 102 xidmətinə onlar da şikayət etdi. İşlə bağlı Binəqədi rayon 7-ci Polis Bölməsinə getdik və ordan sərbəst buraxıldıq. Bir neçə saat əvvəl 7-ci Polis Bölməsindən zəng edərək, barəmdə şikayət olduğunu və bölməyə gəlməyimi istədilər. Bir azdan 7-ci Polis Bölməsinə gedirəm”.
AXCP fəalı şikayətçi olduğu halda, polisin onu təqsirkar kimi rəsmiyyətə sala biləcəyini düşünür.