ABŞ Minsk Qrupundakı həmsədrini dəyişdi: Filip Riker
Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinken səfir Filip Rikeri Qafqaz məsələləri üzrə danışıqlarda əsas müşavir təyin edib. JAMAZ.İNFO xəbər verir ki, səfir Riker ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri və Cenevrədəki beynəlxalq müzakirələrdə ABŞ nümayəndə heyətinin baş danışıqçısı kimi fəaliyyət göstərəcək.
Blinken açıqlayıb: “Birləşmiş Ştatlar Ermənistan və Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli ilə bağlı danışıqlara kömək etmək öhdəliyi götürür. Səfir Riker Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əməkdaşlığı təmin edəcək və ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz rolu ilə Ermənistan və Azərbaycan arasında birbaşa dialoqa kömək edəcək”.
P.S. Qeyd edək ki, ATƏT-in Minsk Qrupu faktiki olaraq fəaliyyətsizdir. Azərbaycan tərəfi onun legitimliyini tanımır. Bunu Qarabağ probleminin həll olması ilə izah edir. Ermənistan isə hələ də həmsədrlərdən mədət ummaqda davam edir. ABŞ-ın indiki məqamda “ölü” təşkilata yeni həmsədr təyin etməklə nəyə nail olmaq istəyir, çox maraqlıdır.