Media
Yerli telekanalların bir illik reklam gəliri nə qədər olub?
2021-ci ildə ümumölkə yayımçılarının reklam gəlirləri (ƏDV daxil olmaqla) ümumi olaraq 42.300.000 manat təşkil edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Audiovizual Şuranın 2021-ci il üzrə hesabatında qeyd olunub.
Əldə edilən vəsait aşağıdakı kimidir:
35.900.000 manat – televiziya yayımçılarına (AZTV, Mədəniyyət TV, İdman TV, İTV, Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, CBC Sport TV, Real TV),
6.400.000 manat – radio yayımçılarına (Azərbaycan Radiosu, İctimai Radio, Space Radio, Azad Azərbaycan Radiosu, 106FM, ASAN Radio, Avto FM, Radio TMB, Radio Enerji, Xəzər FM, Araz Radiosu, Media FM) aiddir.
Şuranın məlumatında qeyd edilib ki, 2019-cu və 2020-ci illər ilə müqayisədə reklam gəlirlərinin əhəmiyyətli dərəcədə artması bir tərəfdən ölkə daxilində iqtisadi fəallığın artması ilə, digər tərəfdən reklam qanunverciliyinə riayət olunmasına nəzarət sahəsində Şura tərəfindən atılmış addımların nəticəsi ilə əlaqədardır.
Cari ilin əvvəlindən müşahidə etdiyimiz vəziyyət 2022-ci ildə yayımçıların reklam gəlirlərinin artacağını proqnozlaşdırmaq imkanı verir.