Media

“Rusiya Qafqada Türkiyəyə uduzduğu mövqeləri qaytarmağa çalışır”

“Zəngəzur dəhlizinin tikintisini yenidən planlaşdırmaqla Rusiya Qafqazda Türkiyəyə qarşı itirilmiş fəaliyyət gücünü bərpa etməyə çalışır”. JAMAZ.İNFO bildirir ki, bu fikirlər iranlı ekspert Səccad Moradi Kalardehə məxsusdur.

O, “Rusiya niyə Zəngəzur dəhlizi yaratmağa çalışır?” başlıqlı məqaləsində qeyd edib ki, Rusiyanın məqsədlərindən biri də sülhməramlı adı altında mövcud olmaqla Dağıstandan Zəngəzura, oradan isə Naxçıvanla Ermənistanla sərhəddən Türkiyə sərhədinə qədər olan rabitə arteriyalarına nəzarəti monopoliyaya almaqdır. “Bundan əlavə, Zəngəzur dəhlizi Rusiyanın Yaxın Şərq bazarlarına çıxışına zəmanət verir”.

Onun sözlərinə görə, bu yolla Moskva daha çox Çin və Rusiya mərkəzli Orta Dəhliz kimi marşrutlarda rol oynamağa və bu ölkədən uzaqlarda qurulan böyük dəhlizin bir hissəsi kimi Zəngəzurdan yararlanmağa çalışır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button