Sayt rəhbərinin məhkəməsi başlayır
“Demokratik.az” saytının rəhbəri Osman Nərimanoğlu (Rzayev) barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Jamaz.info xəbər verir ki, təqsirləndirilən şəxslə bağlı materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Roman Əkbərlinin icraatına verilib.
Qeyd edək ki, rəsmi ittihama əsasən, Osman Rzayev Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev, Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məmmədov, Göygöl Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əlikömək Alıyev və həmin xəstəxananın həkimi Rəşad Əkbərovdan barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək pul tələb edib.
Lakin hüququ müdafiəçiləri jurnalist Osman Nərimanoğlunun şərlənərək, həbs olunduğunu bildirirlər.