Media

Abid Qafarovun növbəti məhkəmə iclası keçirilib

Bu gün Yasamal Rayon Məhkəməsində Bakı Birlik Təşkilatının sədri Abid Qafarovun növbəti məhkəmə iclası keçirilib

A.Qafarov məhkəmədə elan olunan fasilə zamanı prosesin gedişatından narazılığını dilə gətirib.

“Mən Yasamal rayon məhkəməsinin hakimi Rauf Daşdəmirovdan etiraz verdim. O “Tərtər hadisələri”nə də qarşı qərəzli mövqe tutur. Buna görə də, həmin hakimin dəyişdirilməsini tələb edirik. Yasamal məhkəməsinin bütün struktutruna etiraz yazmışıq. Onlar Əli Əliyevə (Vətəndaş və İnkişaf Partiyasının sədri-red.) qarşı da bir neçə dəfə qərəzli qərar qəbul ediblər. Appelyasiya məhkəməsinə bu işin Yasamal rayon məhkəməsindən alınıb qeydiyyatım üzrə Xəzər rayon məhkəməsinə verilməsi üçün müraciət etmişik”.

Proses 16:00-da davam etdirilib.

Abid Qafarovu dəstəkləmək üçün məhkəmə önünə onun tərəfdarları, qazi və “Tərtər işi”ndə zərərçəkmiş şəxslər toplaşıb.

Bundan əvvəl, iyunun 28-də Bakının Xəzər Rayon Məhkəməsində Bakı Birlik Təşkilatının sədri Abid Qafarovun məhkəməsinə hazırlıq iclası keçirilib.  Amma iclas başlanan kimi bu iş üzrə bir neçə şəxs şikayətlərini geri götürüblər.

Abid Qafarovu məhkəməyə verən bir qrup Qarabağ qazisi olub.

Onların iddiasına görə, Bakı Birlik Təşkilatının rəhbəri mayın 27-də Yasamal Rayon Məhkəməsinin qarşısında çıxış edərkən qaziləri müti adlandırmaqla onları təhqir edib.

Ancaq bu gün həmin qazilər məhkəmədə bildiriblər ki, tərəflər arasında barışıq olub, onlar daha Abid Qafarovdan şikayətçi deyillər. İddialarını geri götürməklə bağlı ərizə də yazıblar. Buna baxmayaraq, hakim Tərlan Əkbərov icraatındakı bu işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı qərar çıxarıb.

Abid Qafarov “Tərtər işi” ilə bağlı sosial şəbəkələrdə silsilə videomüraciətlər yayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button