GündəmManşet

Zəngəzur Dəhlizi 2030-cu ilə qədər açılmayacaq?

“Ermənistanın kommunikasiya layihələrindən kənarda qalmaması həyati vacib məsələdir. Biz son 30 ildə əlimizə düşmüş bu şansdan maksimum istifadə etməliyik”. JAMAZ.İNFO xəbər verir ki, bunu ekspert Armen Poqosyan deyib.

O deyib ki, Ermənistan 10 ildən çoxdur ki, şimal-cənub nəqliyyat xəttinin bir hissəsini tikə bilmir. “Biz bu yolun bir hissəsi olmaq üçün hər şeyi etməliyik, çünki o, həm də ümumilikdə təhlükəsizliyi təmin edəcək”.

O, Zəngəzur Dəhlizi barəsində danışaraq, qeyd edib ki, hazırda Azərbaycan və Türkiyənin gündəmində bu dəhlizi hərbi yolla əldə etmək variantı yoxdur. “Onlar diplomatik təzyiqlər etməyə, eyni zamanda digər ölkələrin imkanlarından istifadə etməyə çalışırlar. Müharibə olmayacaq, Azərbaycan müharibə yolu ilə dəhliz əldə etməyəcək. Onlar psixoloji təzyiq göstərməyə çalışırlar. Deyirlər ki, sürətləndirin, həyati əhəmiyyət kəsb edən yolu açaq”.

O iddia edib ki, Zəngəzur Dəhlizi 2030-cu ilə qədər açılmayacaq. Bunu da onunla izah edib ki, Ermənistan ərazisindən keçəcək 44 km-lik hissədə infrastrukturu yenidən qurmaq üçün ən yaxşı halda 2 il vaxt lazımdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button