GündəmManşet

Xankəndidə vərəqələr yayılıb: ermənilərə təxliyyə barədə xəbərdarlıq olunub

Dünəndən etibarən Xankəndi şəhərində vərəqələr yayılmağa başlayıb. Əvvəlcə, sosial şəbəkələr üzərindən yayılan həmin məlumatlar, sonradan şəhərin küçələrində peyda olub. JAMAZ.İNFO xəbər verir ki, həmin vərəqələrdə Qarabağda yaşayan ermənilərin ərazidən çıxarılaraq, Ermənistana daşınmasından bəhs edilir.

Orada qeyd olunur ki, Xankəndi şəhərinin əhalisinin təxliyyəsi üçün Qarabağdakı separatçı rejimin rəsmiləri konkret sənəd imzalayıblar. Həmin sənədə əsasən ermənilərin yanvarın sonuna kimi, Qarabağdan çıxarılması planının təsdiq edildiyi vurğulanır.

Separatçılar məsələdən xəbər tutduqdan sonra prosesin qarşısını almaq üçün dərhal hərəkətə keçiblər. Onların nümayəndələri bu gün açıqlama yayaraq, hər hansı təxliyyə xəbərinin yalan olmasını bəyan ediblər. Üstəlik, bu məlumatların Azərbaycan xüsusi xidmət orqanları tərəfindən yayıldığını iddia edirlər.

Qeyd edək ki, bu, Xankəndidə ilk hadisə deyil. Hələ ötən ilin sonlarında da analoji məlumatlar yayılmışdı. Orada vurğulanırdı ki, yanvarın 5-nə kimi Qarabağdakı ermənilərin Ermənistana aparılması prosesinə start veriləcək. Hətta bu prosesi həyata keçirmək üçün avtobusların ayrıldığı yer də göstərilmişdi.

Onu da bildirək ki, bu xəbərlərin Azərbaycanla yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur. Çünki Azərbaycan erməniləri təxliyyə etmək fikrində olarsa, bunu açıq şəkildə bəyan edər. Necə ki, rəsmi şəxslər dəfələrlə bəyan ediblər ki, Azərbaycan vətəndaşlığını qəbul etməyən Qarabağ erməniləri Ermənistana gedə bilərlər. Görünən odur ki, belə məlumatları separatçıların özləri yayırlar. Son günlər Vardanyan əlehidarlarının çoxalması və onun Qarabağdan çıxarılması üçün çalışanların açıq oyuna başlamasının təzahürü kimi daha çox qiymətləndirilə bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button