AraşdırmaManşet

Xankəndidə ara qarışdı: Araik Arutyunyan və Samvel Babayan həbs olunacaqlar

Qarabağda vəziyyət qarışmağa başlayıb. Qondarma qurumun rəhbərləri arasında ciddi intiriqaların başladığı müşahidə olunur. Xüsusən də hazırda “DQR”in “təhlükəsizlik şuras”nın “katibi olan Vitali Balasanyan Arayik Arutyunyan və Samvel Babayanı sıradan çıxarmaq üçün addımlar atmağa başlayıb.

JAMAZ.İNFO xəbər verir ki, Balasanyan 44 günlük müharibədə məğlubiyyətlərinin günahkarı olaraq Arayiki və onun dəstəsini görür. Elə bu səbəbdən də onun verdiyi açıqlamalarla, digərlərinin dedikləri arasında təzad və ziddiyyət yaranırdı.

Bu əsnada, Balasanyan “vəzifə” başına keçdikdən sonra özünə komanda yığmağa başlayıb. Qısa müddətdə o, Arayikə tabe olmayan adamları başına toplamağa nail olub. Digər tərəfdən də, rusların ciddi dəstəyini alaraq, özünü Qarabağı ağası hesab etməyə başlayıb.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağdakı erməni terrorçularının rəhbəri Arayik Arutyunyan haqqında cinayət işi açılıb. O, “konstitusiya quruluşunu dağıtmaqda” ittiham olunur.

Məlumatda deyilir ki, qondarma “DQR”in “baş prokuroru” tərəfindən qaldırılmış cinayət işi üzrə Arutyunyan yaxın günlərdə istintaqa çağrılacaq və onun ifadəsi alınacaq.

Bildirilir ki, Arutyunyan qondarma “DQR CM-in” 312-ci maddəsinin 1-ci bəndi ilə ittiham olunur. Həmin cinayət əməli “konstitusiya quruluşunun dağıdılması”nı ehtiva edir. Bu əmələ görə isə erməni terrorçularının rəhbərini 10 ildən 15 ilədək həbs cəzası gözləyir.

JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, təkcə Arayik deyil, onun yaxın silahdaşı olan Samvel Babayan barəsində də cinayət işi açılıb. Qondarma “rejimin” “baş prokuroru” bildirib ki, “təhlükəsizlik şurasının katibi” olan Samvel Babayan “DQR”ə 100 milyon dram ziyan vurub. O “dövlət əmlakını mənimsəmək”də, “dövlət əmlakına zərər vurmaq”da ittiham olunur. Arutyunyandan fərqli olaraq, Babayanı daha az cəza gözləyir. Belə ki, qondarma “qanuna” görə, Samvel 2 ildən 6 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Baş verənlərin təhlili onu göstərir ki, Qarabağdakı rus sülhməramlılarının və Moskvanın dəstəyini almış Balasanyan rəqiblərini sıradan çıxarmaq üçün hərəkətə keçib. O, Arayik və Samveli həbs etdirə bilməsə də, ən azından onları proseslərdən uzaqlaşdıracaq və siyasi karyeralarına son verəcək. İndiki məqamda Azərbaycana qarşı aqressiv mövqe tutan və Xocalı soyqırımının əsas təşkilatçılarından biri olan Vitali Balasanyanın məhz rusların dəstəyi ilə gücləndirilməsi səbəbsiz deyil. Və gedişat qarşıda Azərbaycanı daha ciddi və sıxıntılı bir proses gözlədiyindən xəbər verir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button