GündəmManşet

Xankəndidə aksiyaların keçirilməsinə qoyulan qadağanın müəllifi ruslarmış: Babayansa etirazlara hazırlaşır

Ötən həftə Qarabağ ərazisində mənzillənmiş erməni separatçılarının rəhbəri Arayik Harutyunyan Xankəndi və ətraf rayonlarda etiraz aksiyalarının keçirilməsini qadağan edib. JAMAZ.İNFO xəbər verir ki, baş separatçı bunu ərazidə vəziyyətin çətin olması ilə izah edib.

Lakin bu gün Qarabağdakı başqa bir separatçı Samvel Babayan bəyan edib ki, onlar etiraz aksiyalarına start verəcəklər. “Hraparak” qəzetinin yaydığı məlumata görə, Babayan bu dəfə keçirəcəyi aksiyadan “əliboş” qayıtmaq fikrində deyil. “O, Ermənistanda 2018-ci ildə olduğu kimi, Qarabağda da inzibati binaların qarşısına toplaşıb, oraya giriş-çıxışı məhdudlaşdırmaq fikrindədir”.

Qəzet maraqlı bir məqama da toxunub. Nəşr yazır ki, Qarabağda aksiyaların qadağan olunmasını bölgəyə müvəqqəti yerləşmiş rus sülhməramlıları Arayikə təklif ediblər. “Rus sülhməramlıları Harutyunyana məsləhət biliblər ki, Qarabağ ərazisində aksiyaların keçirilməsini yasaqlasın. Bunu da onunla izah ediblər ki, bölgədə sabitliyin pozulmasını istəmirlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button