ManşetSiyasət

“Xankəndi, Xocalı və Xocavənd Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına daxildir”

“Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam,Cəbrayıl Füzuli və Kəlbəcər rayonları daxildir”. “Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Facebook səhifəsində canlı yayımda nazirliyin təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov deyib.

O qeyd edib ki, idarənin bütün strukturlar üzrə fəaliyyətinin təşkili üçün zəruri addımlar atılır.

Sübhi Kazımov deyib ki, işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında ölkə başçısının Fərmanı ilə əlaqədar Ədliyyə Nazirliyi də müvafiq addımlar atır.

O xatırladıb ki, artıq Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsi yaradılıb: “Artıq işğaldan azad edilən rayonların komendantları ilə əlaqə saxlanılıb və sıx əməkdaşlıq edilir. Hazırda idarənin kadrlarlla kompkletləşdirilməsi işlərinə başlanılıb. Çalışırıq ki, oradakı müvafiq qurumlarımızı daha təcrübəli əməkdaşlarla komplektləşdirək. Hazırda nəinki həmin rayonlardan olan ədliyyə əməkdaşları, Bakıdan və digər bölgələrdən olan əməkdaşlar da orada fəaliyyətini davam etdirmək arzusu ilə çoxsaylı müraciətlər edilir. Çalışacağıq ki, qısa müddət ərzində idarənin kadr komplektləşdiriməsini başa çatdıraq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button