Qarabağdakı erməni terrorçularının nümayəndələri yerli sakinləri sakitləşdirmək üçün davamlı olaraq açıqlamalar verirlər. JAMAZ.İNFO xəbər verir ki, bu gün onlardan daha biri, “Artsax”ın “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyan açıqlama yayıb.
O iddia edib ki, Xankəndinin mərkəzi meydanında tezliklə Azərbaycan Bayrağının asılacağı barədə yayılan məlumatlar “yalandır”. “Bu olmayacaq və qəti şəkildə təkzib edirəm”.
Əli Xocalıda Azərbaycanlıların qanına batmış qatil həmçinin onu da iddia edir ki, Qarabağdakı qondarma “Müdafiə Ordusu”nun ləğvi ilə bağlı yayılan məlumatlar da şayədir. “Hazırda “Artsax”ın “dövlət qurumları” müqavilə əsasında, xüsusən sərhədləri qorumaq məqsədi ilə peşəkar bölmələrin təşkili məsələsi ilə məşğul olurlar”.
Balasanyan Azərbaycanlıların Qarabağa köçürələcəyi və tezliklə Əsgəran və Xankəndində yerləşdiriləcəyi barədə məlumatlara da aydınlıq gətirib. “Xəbər yayılıb ki, tezliklə azərbaycanlılar Xankəndi və Əsgəranda yerləşəcəklər. Həmçinin azərbaycanlıların hazırda Xankəndində alış-veriş etdikləri də deyilir. Sizi əmin edirəm ki, bu cür söhbətlər heç bir əsası yoxdur. Biz buna imkan verməyəcəyik”.