
Bir neçə gündür erməni mediasında Qarabağ separatçılarının qondarma “dövlət naziri” Ruben Vardanyanın istefaya göndəriləcəyi ilə bağlı çeşidli xəbərlər yayılırdı. JAMAZ.İNFO xəbər verir ki, sonuncu xəbərdə isə vurğulanırdı ki, artıq məsələ Vardanyanla Harutyunyan arasında razılaşdırılıb.
Razılaşmaya əsasən Vardanyan postundan getsə də, Qarabağda qalacaq və bir sıra işlərə yardımçı olacaq. Bu barədə açıqlamanı isə Arayik Harutyunyan fevralın 23-də yayacağı müraciətində verəcək.
Onun yerinə isə separatçıların “prokuroru” Qurgen Nersisyanın gətiriləcəyi qeyd edilirdi. Az öncə Nersisyan “MediaHub”a verdiyi açıqlamasında təsdiqləyib ki, opna Qaraağda qondarma “dövlət naziri” postu təklif olunub. “Mənə təklif gəldi, amma hələ qərar verməmişəm”.
Qeyd edək ki, Qurgen Nersisyanın adını “Soros”” Fondu ilə daha sıx çəkilir.