Bu gün səhər saatlarından etibarən Ukrayna ordusu Donbas istiqamətində hərbi əməliyyatlara başlayıb. JAMAZ.İNFO Rusiya mediasına istinadən xəbər verir ki, Ukrayna ordusu qəfil hücuma keçib.
İlkin məlumatlara görə, Donbasın qəsəbələrindən biri işğaldan azad edilib. Gərgin döyüşlər zamanı Ukrayna ordusu 5 əsgərini itirib, 12 əsgəri isə yaralanıb. Bundan başqa, Kiyev hərbçilərinə məxsus bir neçə hərbi texnikanın da vurulduğu deyilir.
Donbasdakı separatçıların yaydığı məlumata görə, hazırda döyüşlər artilleriya atəşi ilə müşahidə olunur. Ukrayna ordusunun Donbasın içərilərinə doğru hərəkət etmək üçün ciddi cəhdlər etdiyi deyilir. Separatçılar bildirir ki, Ukrayna ordusunun azad etdiyi qəsəbə onlar üçün strateji əhəmiyyət daşımasa da, gələcək hərbi əməliyyatlarda bir sıra problemlərə səbəb ola bilər.