Bir qrup Ucar rayon sakini JAMAZ.İNFO-ya müraciət edib. İşdən çıxarılan Cəfərova Kəmalə Qədir qızı, Hacıyeva Zərinə Eyvaz qızı, Əhmədova Sevinc İsmayıl qızı, Əlizadə Elnarə Məhərrəm qızı, Qurbanova Mətanət Şahin qızı və Cəfərov Həsən Cəmşid oğlu yazırlar ki, 2019-cu ildən “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında işə qəbul olunublar.
Onlar qeyd edirlər ki, işlədikləri müddətdə onlara verilən tapşırıq əsasında küçələri süpürüb təmizləyiblər. “Hətta aylıq pul verib işə gəlməyənlərin yerinidə bizə yeri süpürtdürüblər. Bunu subut edən süpürdüyümüz küçələrdəki obyektlərin müşahidə kameralarına açıb baxmaq kifayət edər”.
Ucar sakinləri bildirirlər ki, 2022 və 2023-cü illərdə 3 dəfə “DOST” İş Mərkəzi tərəfindən Ucarda video çəklişlə yoxlama keçirilib. “Həmin gün biz artlıq verilən tapşırığı yerinə yetirib, evimizə getmişdik.Təmizlik işləri səhər saat 6:00 radələrindən təxminən saat 11-00 radələrinə kimi bizə verilən tapşırıları yerinə yetirib evimizə gedirik. DOST İş Mərkəzindən yoxlama saat 12-00 da gəlib monitorinq aparılıb. Həmin vaxt “komxoz”un rəhbərliyi aylıq pul verib işə gəlməyənlərə tez zəng etdirib, çağırıb gətizdirirlər. Bizə isə xəbər verilməyib. Hətta elə olub ki, yoxlama zaman aylıq haqq verənlərin 80 % işə gəlməyib. Ancaq yoxlamaya pul və siyahı verilib deyə, onlara gözün üstə qaşın var deyən olmadı. Biz isə gündəlik işə çıxıb, aylıq haqq vermədiyimiz üçün hədəfə tuş gəldik. Bizim əmək müqaviləmizə qanunsuz xitam verildi”.
Şikayətçilər tələb edirlər ki, 3 dəfə aparılan yoxlama zamanı aparılan video çəkilişə, onların iştirakı ilə baxış keçirilsin. ”Həmin videoda aylıq haqq verib, işə gəlməyənlərin çoxu yoxdur. Belə olan təqdirdə gələn yoxlamanın korrupsiyaya qurşanması subut olunacaq. Bizim hər birimizin evinə azyaşlı uşaqlarımız və ciddi xəstələrimiz var, heç bir yerdən gəlirimiz yoxdur. “DOST” İş Mərkəzi Ucarda “komxoz”un rəhbərliyi ilə əlbir olub, korrupsiya şəbəkəsi yaradıb. Həmin yoxlamalar zaman aparılmış video çəklişə baxılarsa bu tam subut olunacaq”.
Onlar qeyd edirlər ki, Ucarda “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə “komxoz”a əksəriyyəti imkanı olan adamlar götürülüb. “Buna isə şəraiti icra başçısı Mənsur Məmmədov şəxsən yaratdı. İcra başçısı 50.000 manat pulun müqabilində Asəm Kərimov kimi korrupsioneri “komxoz”a müdir vəzifəsinə təyin etdi. Sonda da, guya, etdiyi səhvi düzəldirmiş kimi onu işdən öz ərizəsi ilə çıxartdı”.
Şikayətçi düşən Ucar sakinləri qeyd edirlər ki, onlar işdən qanunsuz çıxarılıblar. Bu səbəbdən də işlərinə bərpa edilməlidirlər.
Qarşı tərəfi də dinləməyə hazırıq.