Son zamanlar Azərbaycan-Ermənistan danışıqlarının yeni mərhələyə keçməsi, birbaşa təmasların qurulması, habelə iki ölkə arasında sülh sazişinin hazırlanması, sərhədlərin müəyyən edilməsi məqsədi ilə Birgə Komissiyanın yaradılmasına razılılğın əldə olunması İrəvanda ciddi narahatlıq yaradıb. Köhnə şakərlərindən əl çəkməyən, yalançı və heç bir fakta söykənməyən “tarixlə”, illuziya ilə yaşamağa davam etmək istəyən həm yerli müxalifət, həm də özünə “ziyalı” deyən bir qrup şəxs maksimum dərəcədə prosesin qarşısını almağa çalışır.
JAMAZ.İNFO xəbər verir ki, artıq üç gündür İrəvanın mərkəzində aksiya keçirən, lakin hələ də bir neçə yüz adamdan artıq tərəfdaş yığa bilməyən müxalifət bu gündən itaətsizlik aksiyalarına start verdiyini bəyan edib. Onların tələbi budur ki, Azərbaycanla sülh müqaviləsi bağlana bilər, lakin Qarabağ məsələsi buraya aid olmamalıdır. Onlar hesab edirlər ki, hazırkı danışıqlar prosesinin mahiyyəti “Qarabağı Azərbaycana verməkdir”.
Amma məsələ müxalifətlə də bitmir. Problemin kökü ondadır ki, Ermənistanda bir qrup “ziyalı”, habelə bu ölkənin keşmiş xarici işlər nazirləri də dünən bəyanatla çıxış ediblər. Qəribə odur ki, uzun illər xarici siyasətlə məşğul olmuş və həmin proseslərə rəhbərlik etmiş nazirlər Raffi Ovanisyan, Vardan Oskanyan və Ara Ayvazyan da reallığı bir kənara qoyub, illuziyalardan danışıblar. Onlar hətta bəzi “tələblər” də irəli sürüblər.
Məsələn, bu və daha bir neçə adamların imzaladıqları bəyanatda deyilir ki, Qarabağda yaşayan ermənilərə “öz müqəddəratlarını təyin etmə” hüququ verilməlidir.
Bundan başqa, keçmiş nazirlər iddia edirlər ki, Hadrut və Şuşa Qarabağdakı erməni separatçılarına verilməli, ermənilər öz yerlərinə qayıtmalı, bundan sonra isə Qarabağın “status” məsələsi müzakirəyə çıxarılmalıdır.
Oskanyan, Ovanisyan və Ayvazyan bir qədər də irəli gedərək, Qarabağın təhlükəsizliyinin təmin edilməsinin qondarma “müdafiə ordusu” və Ermənistan silahlı qüvvələri tərəfindən təminat verilməsini “şərt” kimi irəli sürürlər. Paralel olaraq, Türkiyə ilə danışıqlarda ilkin şərtin olmamasını, lakin Ermənistanın qondarma “soyqırım” şərtini irəli sürməsinin və onun Ankara tərəfindən qəbul edilməsinin “vacib” olduğunu deyirlər.
Maraqlı məqam odur ki, uzun illər Ermənistanın xarici siyasəti bu ağılsız və reallıqdan uzaq adamların əlində olub. Bu müddətdə Ermənistan belə sarsaq fikirlərlə yaşayan nazirlərin sayəsində xarici siyasətini necə qurub? Eyni zamanda, hər üç nazir yaxşı bilirlər ki, ölkələrə 44 günlük müharibədə məğlub olub və heç bir üstünlükləri də qalmayıb. Onların hər hansı bir şərti diktə etməsi isə nəinki mümkün deyil, heç real da deyil. Azərbaycan tərəfi birmənalı olaraq bəyan edib ki, Qarabağ adlı problemi yoxdur və hər hansı status məsələsindən söhbət getmir və getməyəcək. Digər tərəfdən, rəsmi Bakı sərhədlərin müəyyən edilməsini və sülh sazişinin bağlanmasının vacib olduğunu bildirir. Bu zaman 5 təməl şərt irəli sürülüb. Orada isə Qarabağda yaşayan ermənilərlə bağlı hər hansı bir ifadə yoxdur.
Qarabağda yaşayan ermənilərə gəlincə, onlar Azərbaycan vətəndaşlığını qəbul etməli, ölkəmizdə yaşayan digər xalqlar kimi, cəmiyyətə inteqrasiya etməli, vahid bir bayrağən altında yaşamalıdırlar. Əks təqdirdə, qapıl açıqıdır, gedə bilərlər. Yox, qalıb ürək bulandıracaqlarsa, o zaman Azərbaycan Ordusu lazım olan tədbirlərini görəcək.