
Bu gün səhər saatlarında baş verən dəhşətli zəlzələ səbəbi ilə Türkiyədə 7 günlük matəm elan edilib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
Sərəncama əsasən bu gündən etibarən bütün ölkə boyu, habelə Türkiyənin xaricdəki nümayəndəliklərində dövlət bayraqları fevralın 12-nə kimi yarıya qədər endiriləcək.
Xatırladaq ki, Türkiyənin şərqində baş vermiş zəlzələ nəticəsində xeyli sayda insan ölüb. Hazırda bu rəqəmin 2000 nəfər yaxın olduğu deyilir.
