GündəmManşet

Türk General: “Hazırda əsas problem Laçın dəhlizi ilə bağlıdır”

44 günlük müharibə başa çatsa da, Qarabağ probleminin hələ də qaldığı və yeni müharibənin olacağını deyənlər heç də az deyil. JAMAZ.İNFO xəbər verir ki, ermənilərin Hadrut istiqamətində bir çox təxribatlara əl atması, Qarabağdakı separatçıların özlərini qorumaq üçün səngər inşa etmələri xəbərləri bu söhbətləri daha da aktual etməyə başlayıb.

Türkiyə Hərbi Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general İsmayıl Haqqı Pekin müharibənin yenidən alovlana biləcəyi ilə bağlı verdiyi açıqlamasında qeyd edib ki, xırda toqquşmaların olacağı istisna deyil. “Lakin genişmiqyaslı təxribatların olması gözlənilmir. Çünki bölgədə olan sülhəramlılar hadisələri nəzarəti altına almağa nail olub. Həmçinin Qarabağda yeni müharibənin başlamasına nə Rusiya, nə də İran imkan verməz”.

Türk general bildirir ki, hazırda əsas məsələ ermənilərin nəzarətində qalan Laçın dəhlizi ilə bağlıdır. “Orada müşahidəçilər rus sülhmərmalılardır. Azərbaycan bildirir ki, bu hissə onlarda olmalıdır. Rusiya və Türkiyənin Suriya məsələsindən dolayı birgə fəaliyyət göstərmələri üçün geniş təcrübələri var. Düşünürəm ki, onlar bu problemi heç bir münaqişə olmadan həll etməlidirlər”.

İsmayıl Hakkı Pekin bildirir ki, Türkiyə Ordusu bölgəyə gəldikdən sonra heç bir münaqişə və toqquşmalarda iştirak etməyəcək. Onun sözlərinə görə, bütün işləri rus sülhməramlıları edəcək. Keçmiş kəşfiyyat rəisi hesab edir ki, hazırda Cənubi Qafqazda balans mövcuddur. “Lakin görünən odur ki, NATO Rusiyanı mühasirəyə almağa çalışır. Cənubi Qafqazda xeyli əvvəldən Rusiya əleyhinə təhlükə var idi. Qərb çalışır ki, Ermənistan, Azərbaycan və Gürcüstanı NATO-ya üzv etsin. Rusiya isə bunun birmənalı əleyhinədir. Ancaq Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ və Fransadakı diasporanın köməyindən istifadə etməklə Qərbə tərəf meyillənir”.

Qeyd edək ki, bu region həmçinin İran üçün də həssas bölgədir. Rusiyada yayımlanan “Polit Ekspert” nəşri iddia edir ki, Qərb Qafqaz və Xəzər hövzəsində kürd və sələfiləri təşkilatlandıraraq, “ərazini cənub və şimaldan mühasirəyə almaq istəyir”. Türk general isə vurğulayır ki, reagionda xaos yaşanarsa, bu ciddi terror aktlarının çoxalmasına və balansın pozulmasına gətirib çıxaracaq. “Həmin terror təhlükəsi isə təkcə, Rusiya və İrana deyil, eləcə, Türkiyə üçün də ciddi təhlükədir. Lakin hər üç ölkə birgə strateji plan əsasında bu problemi aradan qaldıra bilər”.

İsmayıl Hakkı Pekin bildirir ki, bölgədə yaşanması mümük olan xaosu pnləmək üçün Rusiya, İran və Türkiyə üçün ən optimal format Suriya məsələsinin tənzimlənməsinə görə yaradılmış “Astana formatı”dır. “Əgər bölgədə “Astana formatı”na uyğun yeni bir format yaratmaq mümkün olarsa, Suriya və Liviya problemlərini qısa müddətdə həll etmək mümkündür. Eyni zamanda, regional təhlükəsizliyi qısa müddətdə təmin etmək olar. Bu, həm Türkiyə, həm Rusiya, həm di regionun digər ölkələri üçün əhəmiyyətlidir. Ona görə də, hər üç ölkə öz maraqları naminə belə bir platforma təsis etməlidirlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button