Qarabağdakı terrorçu dəstənin yeni başçısı Samvel Şahramanyan bu gün Xankəndidə bandasını başına yığaraq, qərar qəbul etməyə hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, bu barədə erməni siyasətçi Gevorq Arstamyan məlumat yayıb.
O bildirib ki, həmin yığıncaqda onların qalıb, döyüşəcəkləri, yoxsa, silahı qoyub gedəcəkləri bəlli olacaq.
Arstamyan onu da bildirib ki, Azərbaycanın hücumlarının qarşısını almaq üçün Qarabağdakı separatçıların artıq gücləri tükənir. “Əlavə dəstək olmasa, heç nə etmək mümkün deyil. Bu gün məlum olacaq ki, ya Qarabağı tərk edirik, ya da qalıb, Azərbaycana inteqrasiya edirik”.