ManşetSiyasət

Tehrandan Bakıya cavab: “İsrailin sərhəddimizdə yerləşməsinə imkan verməyəcəyik”

“Ölkəmizin şimali-qərbində (Aslandüz) hərbi təlimlər keçirməyimiz bizim suveren hüququmuzdur. Bu təlimlər bölgənin sülh və təhlükəsizliyi üçündür. İran siyonist rejimin (İsrail) sərhədlərinə yaxın ərazilərdə yerləşməsinə icazə verməyəcək. Öz təhlükəsizliyi üçün lazım olan bütün tədbirləri həyata keçirəcək”. JAMAZ.İNFO Mehr Agentliyinə istinadən xəbər verir ki, bu sözləri İran XİN-in mətbuat katibi Səid Xətibzadə deyib.

O qeyd edib ki, siyonist rejimin sərhəddə yaxın ərazilərdə yerləşməsinə səbr etmək niyyətləri yoxdur. “Siyonist rejimin sərhədlərimizə yaxın ərazilərdə yerləşməsinə səbr etmək və dözümlülük nümayiş etdrimək fikrində deyilik. Təhlükəsizliyin təmin edilməsi üçün lazım olan bütün tədbirləıri görəcəyik”.

Xətibzadə dünən “Anadolu” Agentliyinə açıqlama verən Azərbaycan Prezidenti İlham Əliyevin İranla bağlı dediklərinə də münasibət bildirib. “İki tərəf arasında ən üst səviyyədə və qarşılıqlı hörmətə dayanan münasibət və əlaqə varkən, bunu bu şəkildə ifadə etmək çox təəccüblüdür. İstər bu məsələdə, istərsə də digər məsələlərlə bağlı Nyu Yorkda Azərbaycan və İran XİB başçıları səviyyəsində keçirilən görüşdə müzakirələr aparılıb. Həmin mövzuların uyğun bir yerdə müzakirə edilməsi qərara alınıb”.

İran XİN-in mətbuat katibi vurğulayıb ki, təmsil etdiyi ölkə başqa dövlətlərin ərazi bütövlüyü və beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərinə hörmətlə yanaşır və işğala qarşıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button