Qarabağdakı terrorçuların “qərargahı” az öncə məlumat yayaraq, itkilərinin sayını açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, “qərargah” təkcə Xankəndidə 27 hərbçisinin meydinin olduğunu bildirib.
Həmin məlumatda qeyd olunur ki, bu gün səhər saatlarından başlayan antiterror əməliyyatı zamanı quldur dəstəsinin 200 üzvü yaralanıb.
Lakin maraqlı məqam odur ki, ermənilər Əsgəran və Ağdərə ilə əlaqələrinin kəsildiyini bəyan ediblər. Onlar həmin ərazilərdə nə qədər itki verdikləri, nə qədər yaralı olması barədə məlumat ala bilmədiklərini qeyd ediblər.
Qarabağdakı separatçıların qondarma “ombudsman”ı da məlumatı təsdiqləyib. Qeqam Stepanyan deyib ki, Əsgəran və Ağdərə ilə əlaqələri kəsilib.