Tanınmış vəkil Cavad Cavadov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məscidlərlə bağlı son qərarına maraqlı münasibət bildirib. JAMAZ.İNFO xəbər verir ki, vəkil QMİ-nin sədri Şeyx Allahşükür Paşazadəni haqqa dəvət edib.
Cavad Cavadzadə yazır: “Nazirlər Kabinetinin məscidlərlə bağlı dirskiminativ qərarından məhkəməyə şikayət vermək olar. Məhkəmələr də təbii ki, baxmayacaq. Yaxşı, bəs, Qafqaz Müsəlmanları İdarəsinin hərəkətlərindən hara şikayət edək? Allahdan başqa şikayət etməyə yerimiz qalmır. Ümumiyyətlə, işimiz Allaha qalıb”.
Vəkil qeyd edir ki, QMİ-nin rəhbəri, Şeyx Hacı Allahşükür Paşazadə məscid məhdudiyyətlərini əsaslandıran çıxışında bildirdi ki, “kimsə məscidə gələr xəstələnər, ölər, haqqı üzərimizdə qalar” və s. “Hörmətli Şeyx! Sizin qudanız, Milli Məclisin keçmiş deputatı Hacı Qalib Salahzadə, indiki deputat kürəkəniniz, Hacı Qalibin oğlu Salahzadə Əliabbas, qızınız Salahzadə Xatirə və 3-cü şəxs qismində özünüz cəlb edilməklə, Quliyev Seymur İsrafil oğlu tərəfindən Sabunçu rayon Məhkəməsinə verilibsiniz. Səbəbi bilirsiniz. İddiaçının mülkünün 10 ildir əlindən alınması, talan edilməsi, viran qoyulması, maddi, mənəvi zərər vurulması.
Əziz Şeyx Həzrətləri!
Kiminsə haqqına girməkdən narahat olmağınız çox yaxşıdır. Lakin ilk növbədə bu məsələni həll etmək lazımdır. Hamısı qohumlarınızdır. Covid-19 virusundan isə narahat olmayın. O restoranlara girə bilmirsə, məscidlərə də girə bilməyəcək”.