GündəmManşet

Təslim olmaq istəmədiyini deyən “briqada komandiri”: “Qarabağ yoxdur, bitdi”

Dünən bir sıra erməni mediasında Qarabağdakı terrorçu dəstələrdən birinin başçısı olan Karen Cavadyanın təslim olmadığını, axıra qədər döyüşəcəyi barədə məlumatlar yayılmışdı. JAMAZ.İNFO xəbər verir ki, “Kyox” ləqəbli Cavadyan özü məsələyə aydınlıq gətirib.

Belə ki, o, “Hraparak”a bildirib ki, Qarabağı “satıblar. “Get, Nikola de ki, gəlib Qarabağı qorusun. Necə satıbsa, elə də qorusunlar”.

Cavadyan daha sonra deyib ki, bu gün nə qarabağlılara, nə də Ermənistana Qarabağ lazım deyil. “Erməni xalqı çoxdan Qarabağdan əlini üzüb. Heç maraqlarında da deyil”.

O haqqında yayılan söhbətə aydınlıq gətirərək deyib ki, o, hərbçidir və işini görüb. “Mən hərbçiyəm. İşimi görmüşəm. Əsəbiyəm. Çox danışa bilmirəm. Bircə onu deyirəm ki, qarabağ yoxdur, bitdi”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button