“Heç birimizin ağlına gəlməzdi ki, günün birincə Azərbaycan Bayrağı düz evlərimizin başında, gözümüzün önündə dalğalanacaq”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın Sünik bölgəsindəki kilsələrin rəhbəri Ter-Makar Hakopyan deyib.
O bildirib ki, onlar Azərbaycan Ordusunun varlığını yaxından görəcəklərinə də inanmırmışlar. “Biz bunu təsəvvür belə etmirdik, ağlımızdan belə keçmirdi. Amma bu gün reallıq budur ki, biz hər gün Azərbaycan əsgərini, Azərbaycan Bayrağını görürük”.