Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Saatlı rayonunun iki kəndinin əhalisini susuz qoyub. JAMAZ.İNFO kənd sakini Vəlixan Hüseynova istinadən xəbər verir ki, rayonun Xanlar və Orta Muğan kəndlərində içməyə su tapılmır.
Şikayətçi bildirib ki, buna səbəb dövlət agentliyinin rayonda 5-10 nəfər pambıq əkənlərə “yaşıl işıq” yandırmasıdır. “Beş-on nəfər pambıq əkib, onların güdazına gedir camaat”.
O deyib ki, hazırda arxlarda su var, lakin sakinlərə verilmir. “Bu istilərdə bizə edilən əzabları düşmən düşmənliyi ilə etməz”.
O, Agentliyin rəhbəri Zaur Mikayılovdan yardım istədiyini də dilə gətirib.
Amma Saatlı camaatı deyir ki, həmin “pambıq bəyləri”nin arxasında elə Mikayılovun özü dayanır. Onlar sosial şəbəkələrdə yazırlar ki, arxlarda suyun bol olmasına baxmayaraq, həmin ehtiyatlar pambıq sahələrinə yönəldilir və əhaliyə suyun verilməməsi də bu səbəbdən baş verir.