GündəmManşet

Sosial şəbəkələr qaynayır: “Yığışdırın bu “qızbibiləri”, “Avroviziya”nı…”

Dünən Londonda “Avroviziya 2023” mahnı müsabiqəsinin açılış mərasimi keçirilib. Açılışda iştirakçılar öz geyimlərini nümayiş etdirib.
Azərbaycanı təmsil edən əkizlərin – Tural və Turan geyimi isə sosial fərqli reaksiyalara səbəb olub.
Jamaz.info tanınmış şəxslərin mövzu ulə bağlı sosial şəbəkədəki paylaşımlarının təqdim edir:
Hərbi ekspert Ədalət Verdiyev:
“Tural və Turan adlı üzüyumuşaq “qardaşları” biabır günə salıblar. Onları “Avroviziya” müsabiqəsinə qadın paltarı və qadın saç düzümündə səhnəyə çıxarıblar. Azərbaycanı təmsil etdirmək ideyasının üzdəniraq müəlliflərini və buna razı olanların hamısını qadınlı-kişili, həm də könüllü şəkildə Laçın və Kəlbəcər dağlarına hərbi xidmətə göndərmək lazımdır. Əks halda daha çirkin işlərin şahidi ola bilərik”.
Şair-tərcüməçi Əkbər Qoşalı:
“Azərbaycanı bu gədələrin təmsil etməsindən çox məyusam. Bəlkə andıra qalmış səsləri, bir qırıq istedadları var. Bəlkə “Avroviziya”nın mərət qalmış standartlarına-filan uyğundur, bilmirəm. Ancaq sən qəhrəman Azərbaycanı təmsil edirsənsə, bu nə geyim, o nə Ledi Qaqapərəstlikdir?! Tərs kimi adları da Tural, Turan imiş… O adlar hər ikisinə ayıb olsun! Yetkim olsa, hər ikisinin adını dəyişər, yarışdan da geri alardım”.
Musavat.com saytının baş redaktoru Xalid Kazımlı:
“Biz indi Avropaya nəyi sübut etmək istəyirik? Göstərmək istəyirik ki, bizdə də alabəzək, rəngbərəng oğlanlar var? Ayıb oldu. “Avroviziya” il-ildən baxılmaz hala gəlir. Vaxt vardı, Avropanın musiqi olimpiadası idi. İndi allı-güllü parada dönüb…”
Yazıçı Cəlil Cavanşir:
“Niyə bu uşaqlar buxara papaqda, sinəsi patrondaşlı çuxada, xrom çəkmədə deyil? Hanı bunların belindəki xəncər? Yox e, “voobşe” bunların bığı hanı? Bunlar bizi “Avroviziya”da belə təmsil edəcək? Ümumiyyətlə, “Avroviziya” masonların oyunudur. Bunu dəfələrlə çayxanda, bərbərxanada, manatlıq taksidə eşitmişəm. İnternetdə də yazırlar. Biqeyrətliyi, satanizmi, homoseksuallığı təbliğ edən yerdə bizim nə işimiz var? Bizim Xan Şuşunski, Bülbül, Rəşid Behbudov kimi sənətkarlarımız olub. Yığışdırın bu “qızbibiləri”, “Avroviziya”nı. Hamısı boş şeylərdir. Bu gedişatın sonunu yaxşı görmürəm. Şəxsən bu iki gənc hal-hazırda mənim tərbiyəmi pozdu, mənəvi dünyamı alt-üst elədi”.
(Bakupost)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button