GündəmManşet

Sisyanın sabiq meri sirri açdı: Azərbaycan Ordusu Sünikdə nə qədər irəliləyib?

Bir müddət əvvəl həbs olunan Ermənistanın Sisyan rayonunun sabiq meri, keçmiş deputat Artur Sarkisyan həbsdən çıxdıqdan sonra sərhəddə baş verən bəzi hadisələrin detallarını açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, o, Sünik vilayətində qoşunların tapşırıq əsasında və qorxudan geri çəkildiyini bildirib.

Onun sözlərinə görə, 17 dekabr 2020-ci il tarixdə Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan Gorusa gəlib. “O, bizimlə görüşdə bütün bələdiyyə sərdlərinə göstəriş verdi ki, 18 dekabr saat 17:00-a kimi bütün könüllü dəstələr və ordu birləşmələrinin üzvləri tutduqları mövqeləri tərk etsinlər. Biz ona dedik ki, üçtərəfli razılaşmaya əsasən ordu nəzərdə tutulmuş yerlərdə qərarlaşıb. Bizim bütün sualımız ondan ibarətdir idi ki, axı, niyə geri çəkilməliyik. Madam ki, 10 noyabr razılaşmasına qoşunların olduqları yerdə dayanması qərarlaşıdırlmışdısa, niyə geri çəkilməliydik? Nazir cavabında bildirdi ki, o məsələdən xəbərsizdir, lakin qoşunlar mövqelərini tərk etməlidir”.

Sarkisyan qeyd edib ki, Ermənistan hakimiyyəti xalqı aldadır. O Sünik vilayətində Ermənistan ordusu 3-4 km deyil, bəzi yerlərdən 25 km geri çəkilib. “Bəzi yerlər var idi ki, Ermənistan ordusu 25 km geri çəkildi. Bu gün də həmin mövqelər Azərbaycanın nəzarəti altındadır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button