ManşetMedia

Simonyandan Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı paylaşım – FOTO

Rusiya və dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda yayımlanan “RT” kanalının rəhbəri Marqarita Simonyan dünən növbəti həyasızlığa yol verərək, fotoşəkil paylaşıb. JAMAZ.İNFO xəbər verir ki, həmin fotoşəkildə Qarabağdakı erməni separatçılarının əski parçası ilə Rusiya bayrağının birləşdirilməsi əks olunub.

Belə ki, Rusiya bayrağının rəngləri fonunda Qarabağdakı erməni separatçılarının əski parçasının üzərində əsk olunmuş ağ kvadratlara yer verilib. Simonyan deyib ki, belə bir fotoşəkili erməni seqmentindən götürüb və onun mənası da Qarabağın Rusiyaya birləşdirilməsi anlamı daşıyır.

Lakin Simonyan həyasızlığından qalmayıb, bunu “həqiqətin yalana qalib gəlməsi” kimi təqdim edib. O yazıb: “Ermənistan sosial şəbəkələrində belə bir şəkil yayılıb. Qarabağın Rusiyaya birləşdirilməsi mənasını daşıyır. Bu dünyada ən gözəl şey həqiqətin yalana qalib gəlməsidir. Bəzən çox gec, amma hər halda qalib gəlir”.

RT-nin erməni əsilli rəhbəri sıradan biri hesab olunmur. O hal hazırda Rusiya hakimiyyətinin əsas ruporlarından biri hesab olunur. Kremlin maliyyələşdiridiyi və dəstək verdiyi birinin Qarabağın Rusiyaya birləşdirilmsi məsələsinə bu şəkildə yanaşması heç də onun təkbaşına arzusu deyil. Eyni zamanda, Kremldən gələn təlimatın nəticəsi hesab olunmalıdır.

Maraqlıdır ki, Marqarita Simonyanın rəhbəri olduğunu “Sputnik Azərbaycan” Xəbər Agentliyi uzun illərdir Azərbaycanda fəaliyyət göstərir. Halbuki bu agentliyin başqa ölkələrindəki nümayəndəlikləri və şöbələri açıq şəkildə ermənilərin separatçı hərəkətlərini dəstəkləyir. Lakin rəsmi Bakı nə hikmətdirsə, bu agentliyin bağlanması barədə heç bir tədbir görmür. Halbuki Simonyanın paylaşdığı sonuncu fotoşəkildən sonra rəhbəri olduğu və idarə etdiyi agentliyin Azərbaycankı nümayəndəliyi bağlanmalıydı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button