Ermənistanın sabiq müdafiə naziri, hazırda deputat olan və Xocalı qətliamının əsas icraçılarından biri olduğu istintaqla təsdiqlənən Seryran Ohanyan yenə Şuşa haqqında danışıb. JAMAZ.İNFO xəbər verir ki, 44 günlük müharibə zamanı Şuşadakı erməni terror dəstələrini qoyub, qaçan keçmiş müdafiə naziri iddia edib ki, bunun üçün “imkanlar” var.
O bildirib ki, 2020-ci ildən sonra Qarabağın böyük hissəsi, o cümlədən Hadrut və Şuşa əllərindən çıxıb. “Ən mühüm məqsədlərimizdən biri Ermənistanın ərazisinin tam bərpası, azərbaycanlıları ərazilərimizdən çıxarmaq olmalıdır. Qarabağın öz müqəddəratını təyin etmək ideyasını nəzərə alaraq, işğal olunmuş əraziləri, o cümlədən Şuşanı azad etmək mümkündür. Ancaq bundan əvvəl atılmalı olan bir sıra addımlar var. Birincisi, xalq bu ağır psixoloji vəziyyətdən çıxarılmalı, xalq ayılmalıdır”.
P.S. Ohanyan və onun kimlərin ağzında şirə qalıb. Elə bilirlər ki, Azərbaycan əvvəlki kimi zəifdir və onlar yenə Şuşanı rahatlıqla işğal edə bilərlər. Bu adamlar hələ də qanmırlar ki, dövr o deyil, Azərbaycan Ordusu olduqca güclüdür və ermənilər belə bir niyyətə düşərlərsə, daha çox başları əziləcək. Təkcə, sərhəddə törətdikləri təxribatlara görə çox ağır bədəl ödəyən erməniləri, Qarabağda uzun illər “Ohanyan xətti”, habelə beton istehkamlar belə xilas edə bilmədi. İndi durub nağıl danışmaqdansa, iki xalq arasında münasibətlərin normallaşdırılıması məsələsində baş sındırsalar, daha doğru olar. Yox, əgər yenə revanş, işğal niyyətindədirlərsə, buyursunlar. Bu dəfə 44 günlük müharibədəkindən daha pis cəhənnəm yaşamalı olacaqlar.