Sentyabr döyüşlərindən sonra Azərbaycan Ordusu yerləşdiyi ərazilərdə möhkəmlənməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, ermənilərin “Qara Pantera” dəstəsinin komandiri Serob Qasparyan bildirib ki, hazırda mühəndis-istehakm işləri aparılır və yeni yollar çəkilir.
Serob Qasparyan onu da deyib ki, Azərbaycan Ordusu hazırda Cermuxun düz üstündə yerləşib. “Cermuxu götürmək Azərbaycan Ordusu üçün su içmək kimi asandır. Çünki onlar şəhərin yuxarında yerləşən hündürlüyü 4 km olan zirvədə qərarlaşıblar. Təkcə, minaatanlar kifayətdir ki, qısa müddətdə Cermuxu yerlə yeksan etsinlər”.
O bildirib ki, Azərbaycan Ordusu son döyüşlərdən sonra əvvəlki mövqelərindən 8 km irəliləyiblər. “Cermux istiqamətində bütün strateji yüksəkliklər Azərbaycanın nəzarəti altındadır. Ermənistan hərbçilərinin tutduğu keçmiş mövqelərin 90 faizi hazırda azərbaycanlılardadır. Təxminən 15 mövqe itirmişik”.