“Münaqişə bitməyib, Ermənistan və Azərbaycan ictimaiyyəti 2020 -ci ildə Qarabağ müharibəsinin nəticələrini hələ də qəbul etməyib”. JAMAZ.İNFO xəbər verir ki, bunu rus politoloq Sergey Markedonov İrəvanda keçirilən “XXI əsrdə Qafqaz” beynəlxalq konfransında bildirib.
O deyir ki, münaqişənin bitdiyinə inanmmır. “Münaqişənin başa çatması üçün hər iki cəmiyyətdə qanuni olan bir sülh müqaviləsinə ehtiuyac var”.
Hər iki ölkədəki əhali arasında əhval-ruhiyyədən danışan Markedonov qeyd edib ki, Ermənistanda Qarabağda atəşkəsin üç tərəfli elan edilməsindən narazılıq səbəbindən etiraz dalğası mövcuddur Onun sözlərinə görə, Bakıda narazılığın ictimai şəkildə ifadə edilməsi baxımından işlər daha mürəkkəbdir. Markedonov hesab edir ki, cəmiyyətdəki əhval -ruhiyyəni sosial şəbəkələrdəki yazılara və şərhlərə görə qiymətləndirmək olar.
“Biz blogları və sosial şəbəkələri oxuyuruq: “Oğurlanmış Zəfər”, “Xankəndini almağımıza icazə verilmədi “,” Niyə xarici əsgərlər bizim ərazimizdədir?” Sizcə, Azərbaycan cəmiyyəti bu nəticələri tam qəbul edir? Xeyr, tamamilə deyil”.
Eyni zamanda, ekspert Qarabağ münaqişəsinin bitdiyini dəfələrlə bəyan edən Azərbaycan Prezidenti İlham Əliyevin məntiqini başa düşdüyünü də deyir. “Ancaq nəinki Ermənistan, hətta ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağın statusunun aydınlaşdırılmasının vacibliyindən danışırlar, ona görə də münaqişənin həllindən danışmaq mümkün deyil”.
Markedomovun qənaətinə görə, Qarabağ məsələsinin İrəvan və Bakı üçün əhəmiyyəti zaman keçdikcə, o cümlədən nəsil dəyişikliyi səbəbindən azalacaq. Politoloq əmindir ki, yeni nəsillərin yeni prioritetləri olacaq.
“Diqqət mərkəzində olan və əsas dayaq nöqtəsi hesab edirlən Qarabağ məsələsinin əhəmiyyəti azalacaq. Bu, nəsillər dəyişdikdən sonra özünü büruzə verəcək”.