Səhiyyə Nazirliyi “Azəri MED” şirkətindən 260 min 849 manatlıq tibbi avadanlıq alıb. JAMAZ.İNFO xəbər verir ki, alqı-satqı əməliyyatı tender yolu ilə həyata keçirilib.
17 iyulda bağlanmış müqaviləyə əsasən nazirlik “Azəri Med”dən 2 ədəd Portativ Xəstəbaşı monitor, 1 ədəd Anestezioloji monitor, 2 ədəd Portativ Ultrasəs Müayinə Cihazı, 3 ədəd Spirometriya aparatı və 3 ədəd Avtomatik Hematoloji analizator alıb.
Qeyd edək ki, “Azəri MED” şirkəti deputat Kəmaləddin Qafarova məxsudur. O, həm də Milli Onkologiya Mərkəzinin direktor müavinidir.
Maraqlıdır ki, Səhiyyə Nazirliyi məhz deputatın şirkətinin tenderdə qalib olmasına niyə imkan yaradıb. Hər halda ölkədə tibbi avadanlıqlar satan xeyli sayda başqa şirkətlər də var. Məsələn, “ARASH” kimi. Amma onların imkanlarından istifadə olunmayıb.
Təbii ki, Səhiyyə Nazirliyi Kamaləddin Qafarovun şirkətinin daha münasibət təkliflər verdiyini iddia edə bilər. Amma bu, nazirliklə deputat arasında arxa planda anlaşma əldə olunması barədə şübhələr üçün əsas yarada biləcək amillərdən biridir.