44 günlük müharibədə yeganə övladını itirən Məmmədova Vüsalə Gülbala qızı bu gün dərman içərək intihar edib. O, hazırda Gəncədə yerləşən 3 saylı xəstəxanaya yerləşdirilib. Şəhid anasının qan qusduğu və durumunun çox ağır olduğu bildirilir. JAMAZ.İNFO xəbər verir ki, bu barədə jurnalist Arzu Abdulla Gulzaman özünün facebook hesabında məlumat yayıb.
O bildldirib ki, Şəhid anasının intihar etməsinə səbəb yaşadığı evin kirayə haqqını ödəyə bilməməsi və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun onun müraciətlərinə cavab verməməsidir. “2020-ci ilin 17 oktyabrında Kəlbəcər uğrunda gedən döyüşlərdə 21 yaşında Şəhadətə yüksələn Həsənov Sahib Azər Oğlunun anası bu gün kirayədə qaldığı mənzilin pulunu ödəyə bilmir. Bir il ərzində Gəncə icra hakimiyyətinin başçısı Niyazi Bayramova dəfələrlə müraciət etməsinə baxmayaraq onu qəbul etməyib. Şəhidimizin nənəsi ilə telefonla danşdım. Deyir ki, “qızım bezdi, adamı nə qədər aldadarlar. Hər dəfə qızımı qəbul edəcəyinə söz verən icra başçısı qızım binaya daxil olan kimi aradan çıxır və köməkçiləri “başçı burda yoxdur, gedin başqa vaxt gələrsiniz” deyir. Dərdimizi kimə deyək?”
Jurnalist dəstək vermək istəyən və ailənin durumu ilə maraqlananlar üçün Şəhid anasının telefon nömrəsini də paylaşıb: 070-731-42-22