
Qarabağda yerləşmiş rus sülhməramlıları Xocalı aeroportunda hazırlıqlara başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, bu hazırlıq SSRİ-nin faşist Almaniyası üzərində qələbənin 76 illiyinə həsr olunmuş paradla bağlıdır.
Belə ki, rus sülhməramlıları mayın 9-da Xankəndində “Böyük Vətən Müharibəsinin Qələbə Günü”nü qeyd etməyi qərarlaşıdırıblar. Bununla bağlı, hərbi paradın keçirilməsinə qərar verilib. Parada hazırlıq üçün isə indidən hazırlıqlara start verilib. Prosesdə 450 rus əsgərinin iştirak etdiyi deyilir.