Ötən həftə Kəlbəcərə yük daşıyan avtomobil karavanı ermənilər tərəfindən atəşə tutulmuşdu. JAMAZ.İNFO xəbər verir ki, həmin vaxt Azərbaycan Ordusuna məxsusu avtomobil karvanını rus sülhməramlıları müşayət edirmişlər.
Bununla bağlı, Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq, baş verən hadisəni araşdırdıqlarını bəyan ediblər. Bildiriblər ki, belə halların qarşısını almaq üçün zəruri addımlar atılacaq.
Rusiya mediası isə dünəndən etibarən yenidən məsələnin üzərinə gəliblər. Onlar yazırlar ki, Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinin məqsədi heç də Azərbaycan Ordusuna məxsus hərbi avtomobilləri atəşə tutmaq olmayıb. Eyni zamanda, həmin karvanı müşayət edən rus sülhməramlılarını da təşə tutublar. “Ermənilər yaxşı bilirdilər ki, həmçin avtomobil karvanını ruslar qoruyur. Belə olan halda atəş açmaları onu deməyə əsas verir ki, hədəf təkcə Azərbaycan hərbçiləri deyil, həm də rus sülhməramlıları olub. Xoşbəxtlikdən itki olmayıb. Əks təqdirdə, bu çox ciddi qalmaqala və Ermənistan üçün əsaslı başağrısına çevrilərdi”.
Maraqlı məqamlardan biri də odur ki, rus mediası Moskvanın İrəvandan bununla bağlı izahat istədiyini yazıb. Həmin məlumatda deyilir ki, Rusiya onun Qarabağdakı hərbçilərini hədəfə alan erməni silahlılarının hansı məqsəd güddüyünü, ölüm halı baş versəydi, nə cavab verəcəyinin izahatını istəyir. “Bu hadisə Kremllə İrəvan arasında münasibətləri pisləşdirəcək. Çünki indiyə qədər olan hadisələrin üzərindən sükutla keçən Rusiya, ermənilərin artıq hədlərini aşdıqlarını dilə gətirirlər”.
Bəzi media orqanları isə yazır ki, Ağdərədə baş verən məlum olay Qarabağdakı rus sülhməramlı kontingentin rəhbərliyinin də qəzəbinə səbəb olub. Onlar məsələ ilə bağlı Arayik Harutyunyanla görüşüb və ondan izahat tələb ediblər. “Görüşdə Harutyunyan Qarabağda ona tabe olmayan qüvvələrin olduğunu deməklə, məsuiliyyəti boynundan atıb”.
Avia.Pro və “Polit Express”, habelə daha bir neçə media quruluşu iddia edir ki, baş verən hadisə Rusiya Müdafiə Nazirliyini Qarabağda yeni bir əməliyyat keçirmək üçün düşünməyə vadar edib. “Baş verən hadisə Rusiya Müdafiə Nazirliyində ciddi narahatlıq yaradıb. Elə bu səbəbdən də nazirlik Qarabağdakı sülhməramlı kontingentə əhalidən silahların yığılması, bölgədəki silahlıə dəstələrin tərksilah edilməsi üçün genişmiqyaslı əməliyyat keçirməsi üçün razılıq verməyi düşünür”.
Qeyd edək ki, Rusiya tərəfi bu prosesə başlayacağı təqdirdə, Azərbaycan tərəfindən dəstək istəyib, istəməyəcəyi məlum deyil. Lakin belə bir dəstəyin istənilməsi mümkün görünür. Belə ki, rus sülhməramlıları yerləşdiyi əraziləri yaxşı tanımır. Eyni zamanda, mövcud resurs və imkanları genişmiqyaslı əməliyyatlar keçirmək üçün yetərli deyil. Mümkün versiyalardan biri odur ki, əgər proses başlayarsa, Azərbaycan xüsusi təyinatlılarının bir bölüyü onlara dəstək vermək üçün bölgəyə ezam olunacaqlar. Daha doğrusu, bunu ruslar istəyəcəklər.
Hərçənd Rusiyanın davranışları, habelə ənənəvi siyasəti bir az fərqli düşünməyə məcbur edir. Çünki Moskva həmişə bulanıq suda balıq tutmağı sevib. Qarabağ isə onun üçün həmin bulanıq sudur və orada balıq tutmaq yaxşı perspektiv vəd etmir. Xüsusən də Azərbaycan üçün. Yəni, Rusiya hər nə qədər Azərbaycanla üzdə yaxşı münasibət qursa da, arxada həmişə ermənilərə dəstək verib. Bu xüsusda onu demək mümkündür ki, Kremlin Qarabağda “kiçik çaplı əməliyyatlar” keçirmək istəyində olması heç də yaxşı perspektivdən xəbər vermir. Güman ki, ruslar bununla erməniləri cəzalandırmaq deyil, Azərbaycan üçün hər hansı bir “tələ” qururlar. Çünki onlar 4 ildən sonra Azərbaycan ərazilərindən çıxmaq niyyətində deyillər. Və vaxtı uzatmaq üçün onlara bu tip “oyunlar” lazımdır.