AraşdırmaManşet

Rusiyanın narahatlığı üzə vurub: rus politoloqlar nə deməyə çalışırlar?

Aleksandr Xramçixin: “Qarabağ Rusiyanın təsiri altındadır”

Stanislav Tarasov: “Rusiya hələlik Qafqaz məsələsi ilə ciddi məşğul ola bilmir”

Rusiyalı politoloqlar bir neçə gündür Azərbaycan, Türkiyə və Ermənistan məsələsi barədə daha çox müzakirələr aparırlar. Xüsusən, ötən gün “RİA Novosti” agentliyinin ABŞ diplomatına istinadən yaydığı xəbərdən sonra bu aktivlik artıb. JAMAZ.İNFO xəbər verir ki, sözügedən saytda amerikalı diplomat ABŞ-ın Qarabağdakı ermənilərə təzyiq etdiyini və Azərbaycanın şərtləri ilə razılaşmasını diqtə etdiyini, bunu etməzlərsə, antiterror əməliyyatlarını dəstəkləyəcəklərini qeyd edib.

Bu açıqlamadan sonra Rusiya XİN-i də münasibət bildirib. Onların məsələyə baxışı ənənəvidir və bu prosesdə ABŞ-ı ittiham etməkdə davam ediblər. Paralel olaraq rus politoloqlarun da məsələ ilə bağlı dedikləri diqqəti çəkəndir. Aleksandr Xramçixin və Stanislav Tarasovun açıqlamaları dı bu qəbildən maraqlıdır.

“Hazırda İrəvan və Bakı daha çox Qərb ssenarisi ilə hərəkət edir. Qarabağ isə Rusiyanın himayəsindədir. Bu ərazi tamamilə Rusiya sülhməramlıları, əsasən rusların təsir zonasındadır və nə qədər ki, rus sülhməramlıları oradadır, vəziyyət belə olacaq”.  JAMAZ.İNFO xəbər verir ki, bu sözləri rusiyalı hərbi analitik Aleksandr Xramçixin 168.am saytına söhbətində deyib.

Onun sözlərinə görə, təbii ki, bu, nə Bakının, nə də Qərbin marağında deyil və bu məsələnin sadəcə danışıqlar yolu ilə həlli son dərəcə çətin görünür. “Və tərəflər danışıqlar yolu ilə bir mərhələyə çatdıqda, İrəvan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyanda, Qarabağdan imtina edəndən sonra, Qarabağdakı ermənilərin də bunu qəbul etməsi lazımdır. Vəziyyət elədir ki, Qarabağdakı ermənilər Qarabağda mövcudluğu olan Rusiyanı qəbul etmir və ondan möhkəm yapışmırlar. Bu mövcudluq davam edərsə, Qarabağda Qərbin münaqişənin həlli planı reallaşmayacaq. Və o planın mahiyyəti ondan ibarətdir ki, Qarabağda yaşayan insanlar İrəvanın, Bakının, Qərbin qərarlarına uyğunlaşmalıdırlar və zaman keçdikcə Rusiya sülhməramlıları da Qarabağı tərk etməlidirlər. Təbii ki, Rusiya Azərbaycanla qarşıdurmadan passiv şəkildə yayınaraq müqavimət göstərməyə çalışır və Azərbaycan bunu çox gözəl başa düşür”.

Xramçixin hesab edir ki, Azərbaycan mətbuatında anti-Rusiya kampaniyası xeyli artıb. “ABŞ-ın təzyiqi ilə bağlı danışsaq, bu, bütün prosesin məntiqinə uyğun gəlir. Çünki Bakı Qarabağdakı erməniləri antiterror əməliyyatı ilə hədələyir. Qərb bir gün əvvəl bu məsələni “bağlamalı” və heç bir şəkildə yaxınlaşa bilməyəcəyi Rusiyanı oradan çıxarmaq kimi əsas problemi həll etməlidir. Əslində, təxribatlarla, yenə də sülhməramlıların nüfuzunu aşağı salmaqla, Rusiyanın özünün mövcudluğu məsələsini həll etməyə cəhd edilir. Çünki güc hərəkətləri olmadan, xüsusi müdaxilələr olmadan Rusiyanın Qarabağdakı təsirləri aradan qaldırmaq mümkün deyil”.

Rus ekspert daha sonra qeyd edir ki, Qarabağ erməniləri Rusiya sülhməramlılarının da səhv etmələrindən asılı olmayaraq, Rusiya tərəfinə güvənir. “Çünki Rusiya status məsələsini gələcəyə buraxmağı təklif edib. Yəni, rusiyalıların fikrincə, onun planı həyata keçsəydi Qarabağ bu mərhələdə və belə bir vəziyyətdə olmazdı. Azərbaycan isə hər zaman dediyim kimi, qarşısına qoyduğu bütün məqsədlərə çatana qədər gücə əl atacaq. Lakin belə çıxır ki, bəzən bu güc tədbirlərinin geosiyasi dəstəyi ola bilir. Çünki regionda geosiyasi məsələlər həll olunmur. Lakin burada Qarabağ məsələsinin yekun nəticəsi, iştirak edən tərəflərin hansına sərfəlidir məsələsi aktualdır”.

Xramçixin qeyd edir ki, indiki mərhələdə Rusiyadan çox şey asılıdır. “Rusiyanın zamanla indi etdiyindən daha çox işlər görüb-etməyəcəyini söyləmək çətin olacaq. Hazırda isə bu addımlar son dərəcə qeyri-kafidir, vəziyyətə təsir etmək üçün kifayət etmir”.

Bir başqa rus politoloq Stanislav Tarasov isə bildirir ki, Türkiyə Ermənistan məsələsində yeni siyasət həyata keçirir. Onun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin hazırkı məzmununa cəmiyyətin və siyasi dairələrin müqaviməti böyükdür. “İkinci hissə ilə isə Paşinyan hakimiyyətinə daha yumşaq münasibət göstərməyə çalışacaqlar. Əks halda Ermənistan-Türkiyə münasibətlərindəki hazırkı əhval-ruhiyyə şəraitində heç nə əldə olunmayacaq”.

O qeyd edir ki, Ərdoğanın ifadələri Türkiyənin hakim elitasının Ermənistandakı vəziyyəti aydın şəkildə anladığını və mümkün uğurdan o qədər də əmin olmadığını güman etməyə imkan verir. “O, Paşinyanın siyasətinin cəmiyyətin əksəriyyəti tərəfindən qəbul edilməməsindən ehtiyat edir. Ancaq onlar da başa düşürlər və görünür, prosesləri sürətləndirmək əzmi var. Çünki Paşinyana qarşı fikirlər var və Ermənistanda mümkün hakimiyyət dəyişikliyi olacağı təqdirdə, Ermənistan-Türkiyə nizamlanmasının perspektivləri çox şübhəlidir. Və hazırda yavaş-yavaş da olsa, Türkiyə tərəfi uğur qazanır. Ermənistan səlahiyyətliləri bir çox addımlar atır, hətta Türkiyənin Ermənistanla bağlı siyasətini Azərbaycanın tələblərindən ayıra biləcəklərinə ümid etməyə çalışsalar da, Ermənistanın bu ümidləri tamamilə ölməyib. Düzdür, bu məsələdə səhv hesablamalar aparıldı. Lakin yenə də ümid edirlər ki, bu mümkündür”.

Tarasov deyir ki, Türkiyə və Azərbaycan regionda öz gündəmlərini diktə edə biliblər. “Ukraynadakı vəziyyət buna daha çox kömək edir. Çünki bu, Rusiyanı yeni status-kvonun formalaşmasına qədər Cənubi Qafqazda müəyyən təsirini saxlamaq üçün xeyli səylər sərf etməyə məcbur edir. Həm Yerevan, həm də Bakı Qərbin gündəliyinə uyğun hərəkət edir və bu, Moskva üçün çağırışdır. Lakin Moskvada hələ ki, bununla ciddi məşğul olan yoxdur”.

Onun sözlərinə görə, bununla belə, seçkilərdən sonra Ərdoğanın daha sakit və inamlı hərəkət edəcəyi, xüsusən də ölkədə ona qarşı daxili müqavimət olmadığı halda, regional və geosiyasi planlarını inamla həyata keçirəcəyi, geosiyasi gücünü artırmağa çalışacağı göz qabağındadır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button