“Rusiya sülhməramlılarına Qarabağda BMT mandatı verməyə ehtiyac yoxdur. Bakı və İrəvan onların işləmə üsulu ilə razılaşır və dəstəkləyir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Petr İliçev deyib.
Onun sözlərinə görə, BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası real deyil. “Qarabağ münaqişəsi zonasında sabitliyin qorunmasının yeganə təminatçısı Rusiya sülhməramlı kontingenti olaraq qalır. Ona BMT mandatının verilməsinə ehtiyac yoxdur. Çünki sülhməramlılarımızın fəaliyyət üsulları artıq birinci üçtərəfli sazişdə aydın şəkildə müəyyən edilib. Bu baxımdan mübahisə iştirakçıları arasında konsensus var və bu fakt buna əsasdır”.
O, Qarabağda beynəlxalq və xarici təşkilatlar arasında yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyət göstərdiyini, BMT-nin humanitar qurumlarının azərbaycanlılardan və ermənilərdən Qarabağa daxil olmaq, hətta ilkin ehtiyacların qiymətləndirilməsi missiyasını həyata keçirmək üçün belə icazə almadığını qeyd edib.