DünyaManşet

Rusiya Ukrayna ilə sərhəddə qoşun göndərir: “Türk PUA-larını vuracaq silahımız yoxdur”

Ötən gün Ukrayna ordusu separatçıların yerləşdiyi Donbas vilayətində lokal hərbi əməliyyat keçirib. JAMAZ.İNFO xəbər verir ki, Donbasdakı Qranitnaya kəndində separatçılara məxsusu top batareyasının məhv edilməsi, bölgədə gərginliyi artırıb.

Bildirək ki, həmin batareyanın Türkiyə istehsalı olan “Bayraktar TB2” tərəfindən məhv edilməsi artıq təsdiqini tapıb. Belə ki, Kiyev bir müddət əvvəl aldığı PUA-ları sınaqdan keçirməyə başlayıb. Bunun nəticəsindən asılı olaraq, separatşılara qarşı geniş hərbi əməliyyatlara start verilib, verilməyəcəyi qərara alınacaq.

Rusiya tərəfi isə Ukrayna ilə sərhəddə dünən axşam saatlarından etibarən ordu yığmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, çoxlu sayda tankların daşındığı qatarların videogörüntüləri də yayılıb. Rəsmi dairələr məlumatı təsdiqləməsələr də, bölgə əhalisi çoxlu sayda hərbi texnika və canlı qüvvənin Ukrayna sərhəddinə göndərildiyini təsdiq edirlər.

Bu əsnada, Rusiya mediası gülməli iddia ilə çıxış edib. RİA Novosti xəbər agentliyi iddia edib ki, Türkiyənin Ukraynanı “Bayraktar TB2” ilə təmin etməsinin səbəbi “Şimal Axını -2” qaz kəmərinin sıradan çıxarılmasıdır.  “Türkiyə Rusiya ilə Almaniyanı birləşdirən “Şimal Axını-2” qaz kəmərini hədəfə alıb.

Rusiyanın tanınmış dron üzrə mütəxəssislərindən olan Denis Fedutinov bildirib ki, hal hazırda Rusiyanın “Bayraktar”lara qarşı heç bir silahı yoxdur. “Rusiyanın havadan müdafiə sistemləri arasında “Bayraktar”la mübarizə apara biləcək heç bir silah yoxdur. Moskvanın güvəndiyi “Panser” silahlarının da necə vurulduğunun şahidiyik. Faktiki olaraq PUA-ları vurmaq üçün əlimizdə heç nə yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button