Son bir ayda ermənilərin Qarabağı tərk etməsi halları çoxalıb. JAMAZ.İNFO “Hraparak” nəşrinə istinadən xəbər verir ki, təkcə sentyabr ayı ərazində Xankəndi və ətraf rayonlardan gedən ailələrin sayı 400-dən çox olub.
Məlumatda deyilir ki, işsizlik, şəraitsizlik və evsizlik səbəbindən acınacaqlı durumda olan ermənilər Qarabağda yaşamağın əhəmiyyətsiz olduğunu, bundan sonra yaşayışın daha əvvəlki kimi olmayacağını dilə gətirərək, bölgəni tərk edirlər.
Maraqlı məqamlardan biri də odur ki, baş verən demoqrafik dəyişiklik bölgədəki rus sülhməramlıları da narahat etməyə başlayıb. Belə ki, onlar yerli separatçılarla danışıq apararaq, əhalinin sürətlə Qarabağı tərk etdiyini, belə davam edərsə, yaxın 4 ildə (səlahiyyət müddətləri başa çatdıqda) Qarabağın bir çox ərazilərində yaşayışın olmayacağını vurğulayıblıar. Ruslar ermənilərə xəbərdarlıq edib ki, əgər belə davam edərsə, Xankəndi və daha bir neçə şəhərdən başqa yerdə qalan boş ərazilərdən çəkiləcəklər.
“Hraparak” yazır: “Rusiya hakimiyyəti və Qarabağda yerləşən sülhməramlıların komandanlığı bölgədən mühacirət edən ermənilərin həddindən artıq çox olmasından narahatdırlar. Baş verən köçün Qarabağın demoqrafik vəziyyətini dəyişəcəyinə əmin olduqlarını deyiblər. Bəyan ediblər ki, əgər köç nəticəsində kəndlər və ərazilər boşalacaqsa, həmin əraziləri qorumağa ehtiyac qalmayacaq. Və onlar həmin ərazilərdən çəkiləcəklər”.
Bundan başqa, o da məlum olub ki, Rusiya hökuməti Errmənistan rəhbərliyinə xəbərdarlıq edib. Həmin xəbərdarlıq Qarabağdan köçün qarşısının alınması ilə bağlı olub. “Kreml İrəvana xəbərdarlıq edib ki, köçün qarşısını almaq üçün tutarlı addımlar atsın. Bildirilib ki, 5 illik müddət başa çatdıqdan sonra Qarabağdakı ermənilərin sayının kəskin azalmasının gələcək proseslərə ciddi təsir edəcək. Lakin Ermənistan hökuməti bunun üçün hər hansı bir addım atmaq gücündə olmadığını bildirib”.
Qeyd edək ki, Qarabağdan köç edən ermənilər əsasən üç ölkəyə getməyə çalışırlar. Bunlar Rusiya, Fransa və ABŞ-dır. Erməni mediası yazır ki, İrəvandakı viza düzəldən firmaların qarşısında böyük növbələr yaranıb. Əsasən Qarabağ ermənilər tez zamanda vizalarını alaraq, getmək istəyirlər. Onlar Ermənistanda qalmağın da perspektivli olmadığını deyiblər.
Bildirək ki, İrəvandakı ermənilər baş verənlərdən sonra Azərbaycanlıların boş qalan ərazilərə daşınacağı və orada məskunlaşağacı barədə hay-həşir salmağa başlayıblar. Yerli media köçün qarşısını almaq üçün ciddi addım atmağın zəruri olduğunu deyirlər.