Dünən Rusiya polisi Moskva şəhərinin yaxınlığında yerləşən Mitişi qəsəbəsində əməliyyat keçirib. JAMAZ.İNFO xəbər verir ki, həmin əməliyyat zamanı 48 azərbaycanlı, daha bir neçə erməni, tacik və dağıstanlı ş.əxs saxlanılıb.
Məlumatda deyilir ki, saxlanılanların hamısı kriminal “avtoritet”lər olublar. Belə ki, onlar qəsəbədəki “Qranada” restoranına toplaşıblar. Bu zaman polis restoranı mühasirəyə alıb, oradakı şəxslərin hamısını saxlayıb. Onlardan telefon və silah götürülüb.