Ötən gün Qarabağda yaşayan ermənilərin bölgədəkirus hərbçilərinin Xankəndinə Ermənistana gələn yükləri ələ keçirərək, onları əl altdan satmaları barədə məlumat yaydıqları barədə xəbər vermişdik. JAMAZ.İNFO xəbər verir ki, həmin məlumatda rusların hətta bu yaxınlarda xeyli miqdarda qida məhsulunu “yoxa” çıxardıqları, ardından isə “qara bazara” ötürüdükləri qeyd olunurdu.
Bu gün “Hraparak” qəzeti isə daha bir maraqlı məlumat yayıb. JAMAZ.İNFO həmin qəzetə istinadən bildirir ki, bu xəbərdə rus hərbçiləri arasında sürətlə varlananlar var. Qəzet yazır ki, onlar müəyyən ödəniş müqabilində yükləri daşımağa razılıq verirlər. “Üstəlik, iştaha da pis deyil. Rus sülhməramlıları bir yük maşını üçün ermənilərdən – iş adamlarından, xeyriyyəçilərdən, Qarabağ əhalisinə zəruri malları çatdırmağa çalışan insanlardan 1000 dollara qədər pul alırlar. Bəzən tələb olunan pulun məbləği də dəyişir. Burada malın qiymətindən və miqdarından asılı olaraq tələb olunan məbləğ 20 min dramdan bir neçə yüz min drama qədər qalxa bilər”.